ABŞ prezidenti Cozef Bayden ictimaiyyət qarşısında çıxışı zamanı Birləşmiş Ştatların vitse-prezidenti Kamala Harrisi dövlət başçısı adlandırıb.
“Report” xəbər verir ki, bu barədə
"Nə vaxt ki, prezident Harris və mən…", - Cozef Bayden peyvəndlənmə kampaniyası üzrə müvəffəqiyyətlərdən danışarkən deyib. Telekanal qeyd edib ki, Bayden əvvəl də belə səhvlərə yol verib.
Ötən ilin sentyabr ayında, seçkidə qalib gəlməzdən əvvəl Harrisin özü də, Baydenin qələbə çalacağı təqdirdə gələcək ABŞ prezident administrasiyasının planlarını dilə gətirərkən "Harris administrasiyası" ifadəsindən istifadə edib.
Əgər 78 yaşlı Cozef Bayden səlahiyyətlərini vaxtından iki il və ya daha çox müddət əvvəl başa vurmalı olsa, onda ABŞ-da dövlət başçısı vəzifəsini vitse-prezident icra edəcək.