Cozef Bayden yenidən səlahiyyətlərinin icrasına başlayıb

Cozef Bayden yenidən səlahiyyətlərinin icrasına başlayıb ABŞ Prezidenti Cozef Bayden səlahiyyətlərini müvəqqəti olaraq ölkənin vitse-prezidenti Kamala Harrisə təhvil verəcək.
Digər ölkələr
491
19 Noyabr , 2021 21:20
Cozef Bayden yenidən səlahiyyətlərinin icrasına başlayıb
0 : 00
0 : 00

ABŞ Prezidenti Cozef Bayden yenidən vəzifə səlahiyyətlərinin icrasına başlayıb.

"Report" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki məlumat verib.

Psaki Baydenin əhval-ruhiyyəsinin yaxşı olduğunu bildirib.

"O, müayinəsinin qalan hissəsi üçün Uolter Rid Tibb Mərkəzində qalacaq", - sözçü əlavə edib.

18:55

ABŞ Prezidenti Cozef Bayden səlahiyyətlərini müvəqqəti olaraq ölkənin vitse-prezidenti Kamala Harrisə təhvil verəcək.

"Report" CNN-ə istinadən xəbər verir ki, məlumatı Ağ Ev yayıb.

Bildirilib ki, Bayden bu gün tibbi müayinədən (kolonoskopiya) keçəcək. Proses anestiziya üsulu ilə aparılacaq.

Belə olan təqdirdə ABŞ qanunvericiliyi dövlət başçısının səlahiyyətlərini vitse-prezidentə təhvil verməsini tələb edir.

Qeyd edək ki, ABŞ-ın keçmiş Prezidenti Corc Buş üçün də 2002 və 2007-ci illərdə eyni prosedur tətbuiq olunub.

Son xəbərlər

Orphus sistemi