Çində çayın daşması üç nəfərin həyatına son qoyub

Digər ölkələr
  • 10 avqust, 2023
  • 03:03
Çində çayın daşması üç nəfərin həyatına son qoyub

Çinin şimal-qərbindəki Qansu əyalətində dağ çayının daşması nəticəsində 3 nəfər ölüb, daha iki nəfər itkin düşüb.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" xəbər agentliyi məlumat yayıb.

Hadisə Baiyin şəhərində baş verib. Bundan əvvəl bölgəyə güclü yağışla bağlı xəbərdarlıq edilib.

Xilasedicilər axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.

44 - Tezliklə