Çinin iri sənaye müəssisələri yanvar-noyabr aylarında istehsalı 5,8% artırıb

Çinin iri sənaye müəssisələri yanvar-noyabr aylarında istehsalı 5,8% artırıb Çinin iri sənaye müəssisələrinin istehsalı yanvar-noyabr aylarında illik müqayisədə 5,8% artıb.
Digər ölkələr
16 Dekabr , 2024 06:47
Çinin iri sənaye müəssisələri yanvar-noyabr aylarında istehsalı 5,8% artırıb

Çinin iri sənaye müəssisələrinin istehsalı yanvar-noyabr aylarında illik müqayisədə 5,8% artıb.

“Report” xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsi məlumat yayıb.

Açıqlanan hesabata əsasən, təkcə ötən ayın göstəricisi oktyabrda qeydə alınan səviyyədən 0,1 faiz bəndi çox olmaqla 5,4 faiz təşkil edib.

Mədənçıxarma sənayesində artım 4,2 faiz, emal sənayesində 6 faiz, elektrik, istilik, su və qaz tədarükçüləri arasında isə 1,6 faizə çatıb.

Qeyd edilib ki, Çində avadanlıq istehsal edən şirkətlər noyabr ayında istehsalı 2023-cü ilin eyni ayına nisbətən 7,6%, yüksək texnologiya sektorunda isə 7,8% artırıb.

Eyni zaman yaşıl avtomobillərin istehsalı illik müqayisədə 51,1%, sənaye robotlarının istehsalı 29,3%, inteqral sxemlərin istehsalı 8,7% artıb.

Son xəbərlər

Orphus sistemi