Çində yerüstü keçid çöküb, 3 nəfər ölüb, 2 nəfər yaralanıb

Digər ölkələr
  • 11 oktyabr, 2019
  • 09:20
Çində yerüstü keçid çöküb, 3 nəfər ölüb, 2 nəfər yaralanıb

Çində yerüstü keçidin çökməsi nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

“Report” xəbər verir ki, məlumatı “Sinxua” agentliyi yayıb.

Bildirilib ki, hadisə Çinin cənubunda yerləşən Cianqsu əyalətinin Vuşi şəhərində baş verib.

Məlumata görə, hadisə ilə bağlı araşdırma aparılır.