Çində Lekima tayfunu səbəbindən bir milyondan çox insan təxliyə edilib

Digər ölkələr
  • 10 avqust, 2019
  • 04:39
Çində Lekima tayfunu səbəbindən bir milyondan çox insan təxliyə edilib

Cümədən şənbəyə keçən gecə başlayan Lekima tayfunu səbəbindən 1 milyondan çox insan əvvəlcədən Çinin şərqindəki potensial təhlükəli ərazilərdən təxliyə edilib. 

"Report" xəbər verir ki, bu barədə Sinxua Xəbər Agentliyi məlumat yayıb. 

Bildirilir ki, bu mövsüm doqquzuncu olan tayfun yerli vaxtla 01.45-də Çjetszyan və Şanxayın şərq əyalətlərinə güclü yağış və külək gətirib. 

Son məlumata görə, hazırda  tayfun tədricən gücünü itirir və saatda təxminən 15 kilometr sürətlə şimala doğru irəliləyir.

44 - Tezliklə