Çində avtobusun gölə düşməsi nəticəsində 18 nəfər ölüb

Digər ölkələr
  • 02 dekabr, 2016
  • 03:29
Çində avtobusun gölə düşməsi nəticəsində 18 nəfər ölüb

Bakı. 2 dekabr. REPORT.AZ/ Çinin Xubey əyalətində sərnişin avtobusu gölə düşüb.

"Report" AP-yə istinadən xəbər verir ki, qəza səhər saatlarında Eçjou şəhəri yaxınlığında baş verib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, hadisə nəticəsində 18 nəfər ölüb, 2 nəfər yaralanıb. Avtobusun sürücüsü barəsində araşdırmaya başlanıb.

44 - Tezliklə