Çin “Taliban”la razılığa gəlib: ölkələr arasında birbaşa uçuşlar gerçəkləşdiriləcək

Çin “Taliban”la razılığa gəlib: ölkələr arasında birbaşa uçuşlar gerçəkləşdiriləcək Çin Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” radikalları ilə ölkələr arasında birbaşa uçuşların yaradılması məsələsində razılığa gəlib.
Digər ölkələr
24 May , 2023 00:38
Çin “Taliban”la razılığa gəlib: ölkələr arasında birbaşa uçuşlar gerçəkləşdiriləcək

Çin Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” radikalları ilə ölkələr arasında birbaşa uçuşların yaradılması məsələsində razılığa gəlib.

“Report” xəbər verir ki, bu barədə “Taliban” radikallarının qondarma Xarici İşlər Nazirliyinin sözçüsü Əbdül Qəhər Bəlxi radikalların “XİN başçısı” Əmir Xan Möttəki ilə Çinin Kabuldakı səfiri Van Yunun görüşündən sonra tviterdə açıqlayıb.

“Çin səfiri bildirib ki, Çin Əfqanıstanla normal əlaqələr saxlayır və onları daha da möhkəmləndirməyə hazırdır. O əlavə edib ki, Əfqanıstan-Çin birbaşa uçuşları mayın 24-də başlanacaq”, - Bəlxi diqqətə çatdırıb.

Onun yazdığına görə, Möttəki isə “iki ölkə arasında uçuşların başlanmasını əlaqələri möhkəmləndirmək üçün yaxşı fürsət adlandırıb” və Pekini ölkələr arasında viza rejimini daha da sadələşdirməyə çağırıb.

Tvitdə hansı aviaşirkətlərin uçuşlar həyata keçirəcəyi və onların hansı müntəzəmliklə yerinə yetiriləcəyi göstərilməyib.

Son xəbərlər

Orphus sistemi