Çin inkişaf etməkdə olan ölkələrin maraqlarını nəzərə alaraq ədalətli əsaslarla iqtisadi qloballaşmanın qurulmasının tərəfdarıdır.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "People's Daily" qəzeti məlumat yayıb.
“Biz iqtisadi qloballaşmanın inklüziv olmasının, xüsusən də inkişaf etməkdə olan ölkələrin ümumi tələblərinə cavab verməsinin eləcə də, ölkələr arasında və daxilində inkişaf disbalanslarını aradan qaldırmağın tərəfdarıyıq”, - Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin orqanının materialında bildirilib.
“Biz birlikdə böyüməli və iqtisadi qloballaşmanın “piroq”unu ədalətli şəkildə bölüşməliyik ki, müxtəlif ölkələr, təbəqələr və qruplar iqtisadi və sosial inkişafda iştirak edib onun bəhrələrindən istifadə edərək qarşılıqlı fayda və ümumi rifah əldə edə bilsinlər”, - məqalədə vurğulanıb.