Çin ABŞ-nin 7 hərbi-sənaye şirkətinə və onların rəhbərliklərinə qarşı sanksiyalar tətbiq edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
Bu tədbirlər dekabrın 27-də qüvvəyə minir və “Insitu”, “Hudson Technologies”, “Saronic Technologies”, “Raytheon Canada”, “Raytheon Australia”, “Aerkomm” və “Oceaneering International” şirkətlərinə qarşı yönəlib. Sanksiyalar ABŞ-nin müvafiq şirkətlərini və fiziki şəxslərinin Çindəki daşınmaz və digər növ əmlakının dondurulmasını nəzərdə tutur.
Bundan əlavə, Çin təşkilatları və fiziki şəxslərinə sanksiyalara məruz qalmış həmin təşkilat və fiziki şəxslərlə hər hansı əməliyyat, əməkdaşlıq və qarşılıqlı fəaliyyətin digər formalarını həyata keçirmək qadağan edilir.
"Bu yaxınlarda ABŞ Çinin Tayvan bölgəsinə yenidən böyük həcmdə silah yardımı və silah satışı barədə elan edib", - XİN qeyd edib.
Bildirilib ki, ABŞ-nin 2025-ci maliyyə ili üçün müdafiə büdcəsi layihəsi "Çin Xalq Respublikasına aid olan və "Vahid Çin" prinsipini ciddi şəkildə pozan bir sıra mənfi müddəaları ehtiva edir".