Çilidə iğtişaşlarda iştirak etdiyinə görə 100-dən çox adam saxlanılıb

Digər ölkələr
  • 12 sentyabr, 2023
  • 16:54
Çilidə iğtişaşlarda iştirak etdiyinə görə 100-dən çox adam saxlanılıb

Çili polisi general Auqusto Pinoçet tərəfindən edilmiş dövlət çevrilişinin 50-ci ildönümündə iğtişaşlarda iştirakına görə azı 108 nəfəri saxlayıb.

“Report” xəbər verir ki, bu barədə “Bio Bio” radiostansiyası polisin məlumatlarına istinadən məlumat yayıb.

Məlumata görə, sentyabrın 10-dan 11-dək ölkədə ictimai asayişin pozulması ilə bağlı 364 fakt qeydə alınıb. Paytaxt regionunda 77 nəfər saxlanılıb. Qarşıdurmalar zamanı 14 polis əməkdaşı və 8 mülki şəxs yaralanıb.

Daxili işlər nazirinin müavini Manuel Monsalvenin sözlərinə görə, rəsmi anım tədbirləri insidentsiz keçib.

“Sentyabrın 10-da keçirilən yürüş zamanı ictimai asayişin pozulması və zorakılıq halları olub ki, biz bunu qəbul etmirik. Lakin bu, 2022-ci illə müqayisədə 51% azdır”, - o, qurumun “X” sosial şəbəkəsindəki səhifəsində yayımlanan mətbuat konfransında deyib.