Çili prezidentinin atasına işgəncə vermiş iki keçmiş polkovnik məhkum olundu

Çili prezidentinin atasına işgəncə vermiş iki keçmiş polkovnik məhkum olundu General Bachelet Martinez hərbi çevrilişlə devrilən prezident Salvador Allendeyə sadiq idi
Digər ölkələr
22 Noyabr , 2014 05:29
Çili prezidentinin atasına işgəncə vermiş iki keçmiş polkovnik məhkum olundu
Bakı. 22 noyabr. REPORT.AZ/ Çili prezidenti Michelle Bacheletin atasına işğəncə vermiş iki istefada olan polkovnik məhkum olundu.

Onlar 1973-1990-cı illərdə general Pinochetin diktatorluğu dövründə Hava qüvvələri generarlı Alberto Bachelet Martinezə ölümlə nəticələnən işgəncə verməkdə günahkar biliniblər. Edgar Cevallos Jones 2 il, Ramon Cace Jorquera 3 il həbs cəzası alıb.

General Bachelet Martinez hərbi çevrilişlə devrilən prezident Salvador Allendeyə sadiq idi. Onu 1973-cü ildə həbs edəndən sonra vətənə xəyanətdə ittiham etdilər.

Onu vaxtaşırı Hava Qüvvələri Akademiyasının binasına aparıb, işgəncə verirdilər. 50 yaşlı generalın ürəyi bu işgəncələrə dözmədi və o,1974-cü ildə ürək tutmasından vəfat etdi.

Çili prezidenti Michelle Bacheletin özünə də o dövrdə işgəncə verilib. O, anası Angela Jeria ilə o vaxt Şərqi Almaniyaya gedə bildi.

Pinochet dövründə 300 min adam oğurlanıb, öldürülüb və ya yoxa çıxıb. 28 min adama işğəncə verilib. 2006-cı ildə 91 yaşında ölən Pinochetə heç vaxt tam miqyaslı məhkəmə qurulmadı.

Son xəbərlər

Orphus sistemi