Çexiyanın xarici işlər naziri: ABŞ-də seçkilərin nəticəsi Avropa üçün həlledici olacaq

Çexiyanın xarici işlər naziri: ABŞ-də seçkilərin nəticəsi Avropa üçün həlledici olacaq ABŞ-də bu ilin noyabrında keçiriləcək prezident seçkiləri ən dramatik seçkilərdən biri kimi tarixə düşəcək və onun nəticəsi Avropa üçün həlledici olacaq.
Digər ölkələr
22 İyul , 2024 05:14
Çexiyanın xarici işlər naziri: ABŞ-də seçkilərin nəticəsi Avropa üçün həlledici olacaq

ABŞ-də bu ilin noyabrında keçiriləcək prezident seçkiləri ən dramatik seçkilərdən biri kimi tarixə düşəcək və onun nəticəsi Avropa üçün həlledici olacaq.

"Report" xəbər verir ki, bu fikirlər Çexiyanın xarici işlər naziri Yan Lipavskinin "X" sosial şəbəkəsindəki paylaşımında yer alıb.

"Biz uzun müddətdir ki, ABŞ-da ən dramatik seçkilərdən birini gözləyirik. Nəticə Avropa üçün həlledici olacaq və biz hadisələrin istənilən inkişafına hazır olmalıyıq”, - nazir yazıb.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Donald Trampın namizədliyi Respublikaçılar Partiyasının iyulun 15-də başlayan və 4 gün davam edən milli qurultayında təsdiqlənib. ABŞ Prezidenti Cozef Bayden isə prezidentlik yarışından geri çəkilib. O, səlahiyyət müddətinin sonuna qədər vəzifəsində qalacağını bildirib. Bundan sonra Bayden Demokratlar Partiyasından ABŞ lideri postuna namizəd kimi Kamala Harrisi dəstəkləyib.

Namizədlə bağlı yekun qərar Demokrat Partiyasının avqustun 19-dan 22-dək Çikaqoda keçiriləcək qurultayında veriləcək.

Son xəbərlər

Orphus sistemi