Çexiyada fövqəladə vəziyyətin müddəti uzadıldı
Digər ölkələr
- 22 dekabr, 2020
- 18:39
Çexiya parlamentinin Deputatlar Palatası (alt palata - Red) hökumətin təklifi ilə koronavirus epidemiyasının kəskinləşməsilə bağlı ölkədə mövcud olan fövqəladə vəziyyət rejiminin müddətini gələn ilin 22 yanvar tarixinədək uzadıb.
“Report” un məlumatına görə, iclasda iştirak edən 104 deputatdan 55-i fövqəladə rejimin uzadılmasına, 29 millət vəkili isə əleyhinə səs verdi.
Çex Respublikasında epidemioloji vəziyyət son günlər pisləşib və koronavirusa yoluxanların sayında gündəlik artım qeydə alınıb. Əhalisi 10,7 milyon nəfər olan ölkənin 635 414 vətəndaşı yeni növ virusa yoluxub.
Müalicə alan 541 012 nəfər sağalıb,10 562 pasiyent vəfat edib. Hazırda 83 840 xəstə müalicə alır.
Son xəbərlər
06:51
WSJ: Tramp payızda Kim Çen Inla görüşmək istəyir
Digər ölkələr06:18
Barrak: ABŞ İsrail, Suriya və Türkiyə arasında münaqişələrin qarşısını almaq mexanizmi hazırlayır
Digər ölkələr05:57
"TikTok" pul köçürmə sistemini istifadəyə verə bilər
İKT05:31
İran BƏƏ-nin ərazisinə raket atması ilə bağlı ittihamlarını rədd edib
Region05:04
Vaşinqton müttəfiqlərə silah satışı qaydalarını sadələşdirmək niyyətindədir
Digər ölkələr04:53
Suriyada qaz kəmərində partlayış səbəbindən elektrik stansiyaları təchizatsız qalıb
Digər ölkələr04:22
Çində güclü zəlzələ olub
Digər ölkələr03:45
ÜST: Konqoda Ebola virusuna yoluxanların sayı 5 min nəfəri keçib
Digər ölkələr03:16