Cənubi Koreyanın devrilmiş prezidentinin köməkçisinə yeni administrasiyada vəzifə verilib

Cənubi Koreyanın devrilmiş prezidentinin köməkçisinə yeni administrasiyada vəzifə verilib Cənubi Koreyanın devrilmiş prezidenti Pak Kın Henin keçmiş köməkçisi Çjon Ho Son prezident Yun Sok Yolun administrasiyasında yeni katib təyin edilib.
Digər ölkələr
23 May , 2024 20:16
Cənubi Koreyanın devrilmiş prezidentinin köməkçisinə yeni administrasiyada vəzifə verilib

Cənubi Koreyanın devrilmiş prezidenti Pak Kın Henin keçmiş köməkçisi Çjon Ho Son prezident Yun Sok Yolun administrasiyasında yeni katib təyin edilib.

Bu barədə “Report” Koreya KİV-ə istinadən xəbər verir.

“Çjonun yaxın gələcəkdə Prezidentin Mülki və sosial məsələlər üzrə baş katibinin ofisində katib vəzifəsində işə başlayacağı gözlənilir”, - “Yonhap” agentliyinə prezident ofisinin rəsmisi deyib.

Mənbələr Çjonun prezidentin mülki məsələlər üzrə katibi vəzifəsini icra edəcəyini bildiriblər.

Qeyd edək ki, Çjon sabiq prezident Pak Kın Henin sağ əli kimi tanınırdı və dövlət başçısı ilə bağlı istənilən məsələ və görüşlər onun vasitəsilə həll edilirdi.

Yon Sok Yol 2022-ci il mayın 10-da Cənubi Koreyanın prezidenti vəzifəsinin icrasına başlayıb. O, Seul Mərkəzi Rayon Prokurorluğunun rəhbəri olarkən Pak Kın He administrasiyası ilə bağlı istintaqa rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi