Cənubi Koreyada stansiya binasının çökməsindən sonra yeddi nəfər itkin düşüb
Digər ölkələr
- 06 noyabr, 2025
- 11:59
Cənubi Koreyanın şərq sahilində elektrik stansiyasının binasının çökməsindən sonra ən azı yeddi nəfər itkin düşüb.
"Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Yanğın İdarəsindən bildirilib.
Məlumata görə, qəza hazırda fəaliyyət göstərməyən istilik elektrik stansiyasının sökülməsinə hazırlıq zamanı baş verib. İki nəfəri xilas etmək mümkün olub, lakin ən azı yeddi nəfərin itkin düşdüyü bildirilir. Hazırda axtarış-xilasetmə işləri aparılır.
Cənubi Koreyanın Baş naziri Kim Min Sok bütün nazirliklərə xilasetmə əməliyyatlarının həyata keçirilməsi üçün mövcud olan bütün heyət və avadanlıqları səfərbər etməyi tapşırıb.
Bundan başqa, ətraf ərazilərdəki sakinlərin təxliyəsi həyata keçirilir.
Son xəbərlər
03:06
Prezident: Çin və Orta Asiyadan gələn yüklərin Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik
İnfrastruktur02:49
Maduronun vəkili məhkəmədə Venesuela Prezidentinin immunitetini bəyan edib
Digər ölkələr02:30
Əhməd Əl Şaraaya qarşı sui-qəsd iddialarına aydınlıq gətirilib
Digər ölkələr02:02
"Sovetski"də görüləcək işlər məlum olub
İnfrastruktur01:55
Dumana görə Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
İnfrastruktur01:38
Prezident məmurlara xəbərdarlıq edib: Sərəncam özünü çox gözlətməyəcək
Daxili siyasət01:27
İlham Əliyev: Əfsuslar olsun, gənc kadrlar arasında da pozuntulara yol verənlər var
Daxili siyasət01:17
Dövlət başçısı: Neft hasilatının sabitləşdirilməsi üzərində işləyirik
Energetika01:07