Cənubi Afrikada iğtişaşlar davam edir, ölənlər var

Cənubi Afrikada iğtişaşlar davam edir, ölənlər var Cənubi Afrika Respublikasının sabiq prezidenti Ceykob Zumanın həbsə alınmasına qarşı etiraz nümayişləri zamanı azı 6 nəfər ölüb.
Digər ölkələr
151
12 İyul , 2021 18:30
Cənubi Afrikada iğtişaşlar davam edir, ölənlər var

Cənubi Afrika Respublikasının sabiq prezidenti Ceykob Zumanın həbsə alınmasına qarşı etiraz nümayişləri zamanı azı 6 nəfər ölüb.

“Report” ENCA-ya istinadən xəbər verir ki, bu barədə polisdən məlumat veriblər.

Belə ki, iyulun 9-dan etibarən sabiq dövlət başçısıınn tərəfdarları KvaZulu-Natal (KZN) əyalətində əsas yolları bağlamağa başlayaraq əhalini onlara qoşulmağa çağırıblar. Etiraz nümayişləri tez-tez iğtişaşlara çevrilir, aksiya iştirakçıları yollarda maşınları yandırır, dükanları qarət edir, ətrafı dağıdırlar. Bazar günü isə ölkənin ən böyük şəhəri Yohannesburqda da etiraz yürüşləri və etirazlar zamanı bəzi dükanlar talan edilib, magistral yolunun ayrı-ayrı hissələri də bağlanılb.

Milli xüsusi xidmət qurumu olan NatJOİNTS hadisələrlə bağlı KZN və Yohannesburqun da daxil olduğu Qautenq əyalətlərində 62 nəfərin həbs olunduğunu açıqlayıb.

Ötən gün respublika prezidenti Kiril Ramafosa dövlət telekanalında koronavirusun üçüncü dalğasından danışarkən etiraz aksiyaları və iğtişaşlara da toxunub, bunun yolverilməz olduğunu vurğulayıb.

Xatırladaq ki, Afrika Milli Konqresinin (ANC) 2009-2018-ci ilərdə iqtidarda olmuş nümayəndəsi Ceykob Zuma barəsində həmin dövrdə dövlət idarəçiliyinin üst qatlarındakı korrupsiyaya dair aparılan təhqiqat çərçivəsində Konstitusiya Məhkəməsinin qərarı ilə 15 aylıq həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi