Çavuşoğlu Lavrovla görüşdə gərginlik yaşanması ilə bağlı iddialara münasibət bildirib

Çavuşoğlu Lavrovla görüşdə gərginlik yaşanması ilə bağlı iddialara münasibət bildirib Dünən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında gərginliyin baş verdiyi iddia edilir
Digər ölkələr
377
11 Mart , 2022 13:10
Çavuşoğlu Lavrovla görüşdə gərginlik yaşanması ilə bağlı iddialara münasibət bildirib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla martın 10-da keçirdiyi görüşdən əvvəl kameraların önündə salamlaşma zamanı gərginliyin yaşanması barədə iddialara münasibət bildirib.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, M.Çavuşoğlu bununla bağlı fikirləri təkzib edib.

“Qarşımızdakı xətlərin üzərində nöqtələr var idi. Onları bir-birimizə göstərirdik. Mənim qarşımdakı xətdəki nöqtələr sarı idi. Lavrov niyə sarı rəngdə olduğunu soruşdu, zarafatlaşdıq. Heç bir problem olmayıb”, - nazir vurğulayıb.

Qeyd edək ki, XİN başçıları birgə foto çəkdirərkən M.Çavuşoğlu S.Lavrovdan irəlidə dayanıb. Rusiyalı nazir isə həmkarından arxaya çəkilməsini istəsə də, M.Çavuşoğlu buna məhəl qoymayıb.

Son xəbərlər

Orphus sistemi