Burkina-Fasoda keçmiş xarici işlər naziri qaçırılıb
Digər ölkələr
- 27 dekabr, 2023
- 16:11
Burkina-Fasonun keçmiş xarici işlər naziri (1994-1999), Ümumdünya Ticarət Təşkilatı rəhbərinin keçmiş müavini (1999-2002) Ablasse Uedraoqo üç gün əvvəl qaçırılıb.
"Report" xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, 70 yaşlı siyasətçi dekabrın 24-də axşam saatlarında özünü milli polisin üzvləri kimi təqdim edən şəxslər tərəfindən Uaqduqudakı evindən qaçırılıb.
Siyasətçidən heç bir xəbər yoxdur, onunla heç kim əlaqə saxlamayıb və onun dəqiq harada olduğu bilinmir. Partiya onu dərhal və qeyd-şərtsiz azadlığa buraxmağa çağırıb.
Qeyd edək ki, Uedraoqo müxalifətin üzvüdür və 2022-ci il sentyabrın sonunda dövlət çevrilişindən sonra hakimiyyətə gələn İbrahim Traore hökumətini kəskin tənqid edir.
Son xəbərlər
16:16
Qərbi Azərbaycan İcmasında xüsusi komissiya yaradılıb
Daxili siyasət16:16
"Sumqayıt"ın basketbolçusu: "Qələbə seriyamızı davam etdirmək niyyətindəyik"
Komanda16:10
"Fitch" İpoteka və Kredit Zəmanət Fondunun maliyyə dayanıqlığı amillərini açıqlayıb
Maliyyə16:07
Foto
Azərbaycan və Türkiyə arasında texniki reqlamentlər üzrə əməkdaşlıq gücləndirilir
Biznes16:06
Foto
Bakıda yeraltı və yerüstü piyada keçidlərində eskalatorlar təmir edilir
İnfrastruktur16:04
Azərbaycanın Mərkəzi Asiya ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib
Biznes16:04
Səfir: Azərbaycan və Cənubi Koreya başqa sahələrdə də əməkdaşlıq edəcək
Xarici siyasət16:00
İlham Əliyev: Dünya çempionatının Özbəkistan və Azərbaycanda təşkili ortaq tarixi nailiyyətdir
Futbol16:00