Brüssel və Kişineu Aİ-nin Moldovadakı missiyasının statusu haqqında saziş imzalayıb

Brüssel və Kişineu Aİ-nin Moldovadakı missiyasının statusu haqqında saziş imzalayıb Avropa İttifaqı və Moldova Avropa missiyasının ölkədəki statusu haqqında sənəd imzalayıblar, onun əsas vəzifəsi kənar müdaxilələrə qarşı mübarizə və ittifaqa daxil olmağa hazırlaşmaq olacaq.
Digər ölkələr
30 Sentyabr , 2023 16:43
Brüssel və Kişineu Aİ-nin Moldovadakı missiyasının statusu haqqında saziş imzalayıb

Avropa İttifaqı (Aİ) və Moldova Avropa missiyasının ölkədəki statusu haqqında sənəd imzalayıblar, onun əsas vəzifəsi kənar müdaxilələrə qarşı mübarizə və ittifaqa daxil olmağa hazırlaşmaq olacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, sənədi Kişineuda Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell və Moldovanın daxili işlər naziri Adrian Efros imzalayıblar.

“Aİ Moldovanın hibrid təhdidlərə və xüsusən də Rusiyadan gələn xarici müdaxilələrə dayanıqlığını dəstəkləməyə sadiqdir. Mən bu gün nazir Efros ilə Moldovayla yeni tərəfdaşlıq missiyamızın statusu haqqında saziş imzaladım və bu, onun tam fəaliyyətə başlamasına imkan verəcək”, - Borrell deyib.

Kişineuya səfəri zamanı o, həmçinin Moldova Prezidenti Maya Sandu ilə də görüşüb və Moldovanın Aİ-yə daxil olmasına dəstək məsələsini müzakirə edib.

Son xəbərlər

Orphus sistemi