Britaniyanın Baş naziri: "Rusiya qoşunları Ukraynadan çıxmadıqca danışıqlar barədə danışmaq mənasızdır"

Digər ölkələr
  • 19 dekabr, 2022
  • 12:53
Britaniyanın Baş naziri: Rusiya qoşunları Ukraynadan çıxmadıqca danışıqlar barədə danışmaq mənasızdır
Rişi Sunak

“Rusiya qoşunları Ukrayna ərazisindən çıxmadıqca danışıqlar barədə danışmaq mənasızdır”.

“Report” "Sky nuys"a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak deyib.

O bildirib ki, rus ordusu Ukrayna ərazisində mövcud olduqca danışıqlara dair çağırışlar məntiqsizdir: “Rusiya bundan ordusunu yenidən qruplaşdırmaq, qoşunlarını gücləndirmək üçün istifadə edəcək”.

Baş nazirin sözlərinə görə, yalnız Rusiya qoşunları Ukrayna ərazisindən çıxandan sonra real müzakirələr barədə danışmaq olar.

44 filmi