Böyük Britaniyanın Baş naziri Rişi Sunak Romada keçirilən tədbirdə xəbərdarlıq edib ki, sərt tədbirlər görülməsə, qeyri-qanuni miqrant dalğaları Avropanı bürüyəcək.
“Report” xəbər verir ki, bu barədə “Standard” nəşri məlumat yayıb.
İtaliyalı mühafizəkarlarla görüşdə o, qaçqınlarla bağlı beynəlxalq qaydaların sərtləşdirilməsinin vacibliyini vurğulayıb.
"Əgər bu problemlə məşğul olmasaq, sayları daha da artacaq. Onlar (miqrantlar) ölkələrimizi udacaqlar", - R.Sunak bildirib.
Baş nazir artıq Böyük Britaniyada miqrasiyanın həddən artıq yüksək olmasına diqqət çəkib. Hökumət başçısı xüsusilə əcnəbi tələbələrin ölkədə təhsil alması haqqında sərəncama diqqət çəkib. Buna əsasən, 2024-cü ilin yanvar ayından etibarən əcnəbi tələbələr təhsil müddəti ərzində yaxınlarını ölkəyə gətirə bilməyəcəklər.
Rəsmi məlumata görə, 2022-ci ildə Krallığa 745 min nəfərə yaxın xarici vətəndaş gəlib.