Britaniyada qarlı hava səbəbindən aeroportların fəaliyyəti dayandırılıb

Britaniyada qarlı hava səbəbindən aeroportların fəaliyyəti dayandırılıb Böyük Britaniyada qarlı hava səbəbindən bir sıra hava limanlarında reyslərdə və yollarda çoxsaylı qəzalara səbəb olub.
Digər ölkələr
5 Yanvar , 2025 17:39
Britaniyada qarlı hava səbəbindən aeroportların fəaliyyəti dayandırılıb

Böyük Britaniyada qarlı hava səbəbindən bir sıra aeroportlarda reyslərdə və yollarda çoxsaylı qəzalara səbəb olub.

“Report” bu barədə “Sky News” telekanalına istinadən xəbər verir.

İngiltərənin şimalında qar örtüyü 25 sm-ə çatıb.

Məlumata görə, Mançester, Lids və Liverpul hava limanlarının uçuş-enmə zolaqları qar yağması səbəbindən müvəqqəti olaraq bağlanıb. Yanvarın 5-də səhər saatlarında Birmingem hava limanının bir neçə saatlıq fəaliyyətini dayandırdığı dəqiqləşdirilir.

Telekanal qeyd edir ki, ölkənin hər yerində qarlı yollarda avtoqəzaların sayı artıb.

Yerli hakimiyyət orqanları həmçinin mümkün qatar gecikmələri barədə xəbərdarlıq edir.

Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq Liverpul Şəhər Şurası yanvarın 5-də saat 16:30-a (Bakı vaxtı ilə 20:30) nəzərdə tutulan İngiltərə Premyer Liqasının “Mançester Yunayted” və “Liverpul” futbol klubları arasında keçiriləcək oyununu da ləğv edə bilər.

Son xəbərlər

Orphus sistemi