Yuxarı

Britaniya şahzadəsinə qarşı sui-qəsd planının üstü açılıb, 6 nəfər saxlanılıb

Onlar mayın 19-22-də Çarlz və onun həyat yoldaşı Kamillaya sui-qəsd edəcəklərmiş

Bakı. 14 may. REPORT.AZ/ İrlandiyanın Litrim qraflığında 6 nəfər saxlanılıb. Onlar Britaniya şahzadəsi Çarlza sui-qəsd planının hazırlanmasında şübhəli sayılırlar. 

"Report"un TASS-a istinadən verdiyi məlumata görə, saxlanılan şəxslərdə partlayıcı maddələr və silah aşkar edilib. 

"The Daily Mirror" qəzetinin verdiyi məlumata görə, şübhəlilər mayın 19-22-də Çarlz və onun həyat yoldaşı Kamillaya səfər zamanı sui-qəsd edəcəklərmiş. Onların partlayıcı maddələri Laut və Ueksford qraflıqlarında, həmçinin Dublindəki gizli yerlərdə saxladıqları ehtimal edilir. Bu səbəbdən polis 20 müxtəlif məntəqədə axtarışlar aparıb. 

Yerli polisin verdiyi məlumata görə, saxlanılan şəxslər İrlandiya Respublika Ordusu (İRA) qruplaşması ilə əlaqədə şübhəli bilinirlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi