Böyük Britaniya hökuməti müttəfiqləri və tərəfdaşları ilə birlikdə Qayana ərazisinin heç bir hissəsinin Venesuelaya ilhaq edilməsinə icazə verməyəcək.
“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenlə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
“Müzakirə etdiyimiz mövzulardan biri Venesuela və Qayana sərhədindəki vəziyyət idi. Bu sərhədlər 1899-cu ildə qoyulub. Mən Venesuelanın birtərəfli hərəkətləri üçün qətiyyən heç bir səbəb görmürəm. Bunlar ədalətsizdir və dayandırılmalıdır. Bu ağırlaşdırıcı hərəkətin başqa bir şeyə gətirib çıxarmamasını təmin etmək üçün Qayana Prezidenti və bölgədəki digərləri ilə bir neçə telefon danışığı aparacağam”, – o qeyd edib.