Britaniya parlamentində "Brexit" üzrə səsvermənin vaxtı dəyişdirilib

Digər ölkələr
  • 29 yanvar, 2019
  • 00:43
Britaniya parlamentində Brexit üzrə səsvermənin vaxtı dəyişdirilib

Bakı. 29 yanvar. REPORT.AZ/ Böyük Britaniyanın baş naziri Tereza Mey mühafizəkarlar partiyasının üzvlərinə "Brexit" sazişi üzrə təkrar səsvermənin fevralın 13-də keçiriləcəyini bildirib.

“Report” xəbər verir ki, bu barədə "Sky News" telekanalına istinadən "Reuters" məlumat yayıb.

Bildirilir ki, parlament yanvarın 15-də "Brexit" üzrə mövcud sövdələşməni qəbul etməyib.