Böyük Britaniyanın baş naziri Keir Starmerin reytinqi 26 faiz aşağı düşüb.
"Report" xəbər verir ki, bunu "Opinium" analitik agentliyinin keçirdiyi sorğunun nəticələri sübut edir.
Məlumata görə, Starmerin reytinqi hazırda -7 % təşkil edir, baxmayaraq ki, seçkidən sonra ilk sorğuda +19 % olub.
Qeyd olunur ki, göstəricinin azalması iyulun 29-da İngiltərənin Sautport şəhərində 17 yaşlı yeniyetmə tərəfindən törədilən qətliam fonunda bütün ölkədə baş verən antimiqrant iğtişaşlar fonunda baş verib.
"Opinium"un sorğusu avqustun 14-16-da keçirilib və təxminən 2 min nəfəri əhatə edib.
Son seçkidə Leyboristlər Partiyası 650 yerlik İcmalar Palatasında (parlamentin aşağı palatası) 412 yer qazanmışdı. 2010-cu ildən hakimiyyətdə olan Mühafizəkarlar Partiyasının parlamentdə cəmi 121 deputatı var.