"Brexit" məsələsində rəsmi London ilə Brüssel mövqelərini yaxınlaşdırıb

"Brexit" məsələsində rəsmi London ilə Brüssel mövqelərini yaxınlaşdırıb Bakı. 10 oktyabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) Böyük Britaniya ilə Brexit üzrə danışıqlardakı əsas əngəllərdən birini təşkil edən İrlandiya sərhədinə dair yeni təklif vermək şərtindən vaz keçib.
Digər ölkələr
10 Oktyabr , 2018 13:31
Brexit məsələsində rəsmi London ilə Brüssel mövqelərini yaxınlaşdırıb
0 : 00
0 : 00

Bakı. 10 oktyabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) Böyük Britaniya ilə "Brexit" üzrə danışıqlardakı əsas əngəllərdən birini təşkil edən İrlandiya sərhədinə dair yeni təklif vermək şərtindən vaz keçib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, diplomatik mənbələrə görə, tərəflər oktyabrın 17-18-də Brüsseldə keçiriləcək Aİ Zirvə görüşünədək ilkin razılaşma əldə etməyi hədəfləyirlər.

Hazırda Aİ üzvlüyündə qalan İrlandiya ilə təşkilatdan çıxacaq olan Böyük Britaniya (Olster) arasındakı sərhədə nəzarət rejimi məsələsi danışıqlardakı mühüm maddə olaraq qalır. Hər iki tərəf bu sərhədi gediş-gəliş və mallar üçün şəffaf saxlamaq istəsə də, Avropa Gömrük İttifaqının şərtlərini pozmadan buna nail olmağın yolunu hələlik tapa bilməyib.

Son xəbərlər

Orphus sistemi