Braziliyanın sabiq müdafiə naziri prezidentə qarşı qəsd ittihamlarını rədd edib

Braziliyanın sabiq müdafiə naziri prezidentə qarşı qəsd ittihamlarını rədd edib Braziliyanın keçmiş müdafiə naziri (2021-2022) Uolter Braqa Nettu 2023-cü il yanvarın 1-dən vəzifəsinin icrasına başlayan hazırkı dövlət başçısı Luis İnasiu Lula da Silvanın andiçmə mərasimini pozmaq məqsədilə 2022-ci ildə çevriliş cəhdi ilə bağlı irəli s
Digər ölkələr
14 Dekabr , 2024 17:41
Braziliyanın sabiq müdafiə naziri prezidentə qarşı qəsd ittihamlarını rədd edib

Braziliyanın keçmiş müdafiə naziri (2021-2022) Uolter Braqa Nettu 2023-cü il yanvarın 1-dən vəzifəsinin icrasına başlayan hazırkı dövlət başçısı Luis İnasiu Lula da Silvanın andiçmə mərasimini pozmaq məqsədilə 2022-ci ildə çevriliş cəhdi ilə bağlı irəli sürülən ittihamları rədd edir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “O Globo” qəzeti yazıb.

Keçmiş prezident Jair Bolsonarunun (2019-2022) administrasiyasında çalışmış məmur bu gün səhər ölkənin hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

"Bu heç vaxt çevriliş olmayıb, kimisə öldürmək məqsədilə sui-qəsddən isə söhbət gedə bilməz", - o bildirib. Keçmiş nazirin sözlərinə görə, o, hüquqi və konstitusion həllər axtararkən həmişə etik və əxlaqi normaları ön planda tutub.

Daha əvvəl G1 portalı Braqa Nettunun Rio-de-Janeyroda saxlanıldığı barədə yazmışdı. 2022-ci ildə vitse-prezidentliyə namizəd olan sabiq nazir ikinci turda Lula da Silva və yeni seçilmiş vitse-prezident Jeraldu Alkminə məğlub olub.

Noyabrın 19-da Braziliya Federal Polisi Bolsonaru və bir neçə zabitə qarşı 2022-ci il seçkilərində məğlubiyyətdən sonra mütəşəkkil cinayətkar dəstə yaratmaq və çevrilişə cəhd ittihamı ilə istintaqa başlayıb. Qurumun hesabatına görə, sui-qəsdçilər Lula da Silvanın 2023-cü il yanvarın 1-nə planlaşdırılan andiçmə mərasimini pozmaq istəyiblər.

Son xəbərlər

Orphus sistemi