Braziliyada leysan yağışlar nəticəsində ölənlərin sayı artıb

Braziliyada leysan yağışlar nəticəsində ölənlərin sayı artıb Braziliyanın şimal-şərqindəki Pernambuko ştatında leysan yağışları nəticəsində ölənlərin sayı 84 nəfərə çatıb.
Digər ölkələr
30 May , 2022 22:40
Braziliyada leysan yağışlar nəticəsində ölənlərin sayı artıb

Braziliyanın şimal-şərqindəki Pernambuko ştatında leysan yağışları nəticəsində ölənlərin sayı 91 nəfərə çatıb.

“Report”un məlumatına görə, bu barədə “Globo” yerli hakimiyyət orqanlarına istinadən xəbər verir.

Təbii hadisə zamanı daha 26 nəfərin itkin düşdüyü bildirilir. Həmçinin 5 minə yaxın insanın evsiz qalıb. Xilasedicilər itkin düşənləri axtarır və xəsarət alanlara köməklik göstərirlər.

Daha əvvəl 84 nəfərin öldüyü bildirilirdi.

2022-05-30 02:54

Braziliyanın şimal-şərqindəki Pernambuko ştatında leysan yağışları nəticəsində ölənlərin sayı 84 nəfərə çatıb.

“Report”un məlumatına görə, bu barədə “Globo” yerli hakimiyyət orqanlarına istinadən xəbər verir.

Regionun qubernatoru Paulu Kamaru bildirib ki, təbii hadisə zamanı daha 56 nəfərin itkin düşdüyü bildirilir. Həmçinin 4 minə yaxın insanın evsiz qaldığı bildirilir.

Xilasedicilər itkin düşənləri axtarır və xəsarət alanlara köməklik göstərirlər.

Daha əvvəl 56 nəfərin öldüyü bildirilirdi.

Son xəbərlər

Orphus sistemi