Braziliyada həbsxanadakı qiyam nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb

Digər ölkələr
  • 02 yanvar, 2017
  • 21:19
Braziliyada həbsxanadakı qiyam nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb

Bakı. 3 yanvar. REPORT.AZ/ Braziliyanın Manaus şəhərindəki həbsxanada baş vermiş qiyam nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı RİA Novosti "Globo" telekanalına istinadən xəbər verir.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, həbsxanada qiyam rəqib dəstələr arasında baş vermiş davaya görə başlayıb.