Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
Digər ölkələr
- 12 may, 2024
- 16:17
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Braziliyanın cənubundakı Rio Qrande-du-Sul əyalətində günlərdir davam edən güclü yağış və daşqınlar nəticəsində ölənlərin sayı 143-ə yüksəlib.
“Report” xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarının açıqlamasında bildirilir.
Mülki Müdafiə Agentliyinin son hesabatına əsasən, təbii fəlakətdən 2,1 milyondan çox insan zərər çəkib, 125 nəfər itkin düşüb. Eyni zamanda hökumət böhranla mübarizə üçün 12,1 milyard real (2,34 milyard ABŞ dolları) ayırıb.
Rio Qrande-do-Sul ştatının qubernatoru Eduardo Leyte baş verən fəlakəti bölgə tarixindəki ən dəhşətli faciə adlandırıb. Belə ki, ştatın 10,9 milyon əhalisindən 537 mini evlərini tərk etməyə məcbur qalıb.
Son xəbərlər
05:52
Mbappe Çempionlar Liqasının tarixində ən yaxşı bombardirlər arasında beşinci yerə yüksəlib
Futbol
05:21
İsrail aviasiyası Livanın cənubunda "Hizbullah"ın mövqelərinə zərbələr endirib
Digər ölkələr
04:38
Azərbaycan BMT-ni mina təhlükəsi və itkin düşmüş şəxslər məsələsini diqqətdə saxlamağa çağırıb
Xarici siyasət
04:10
Foto
Tiranada etirazların miqyası böyüyür, tələbələr nazirliklərə hücum ediblər – yenilənib
Digər ölkələr
03:48
Serbiya seçki kampaniyasına müdaxiləyə görə Xorvatiyaya etiraz notası göndərib
Digər ölkələr
03:12
Tramp: İranla müzakirələrdə kiminlə danışdığımızı artıq bilmirəm
Digər ölkələr
02:44
Mask: Starlink yalnız mülki və müdafiə məqsədləri üçün nəzərdə tutulub
Digər ölkələr
02:06
Pentaqon Latın Amerikasına 600 hərbçi göndərir
Digər ölkələr
01:32
İstanbulda hava səbəbindən 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
Region