Braziliyada COVID-19-dan ölənlərin sayı 2700-ü ötdü
- 21 aprel, 2020
- 23:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Braziliyada son bir gün ərzində COVID-19-dan ölənlərin sayı daha 166 nəfər artıb.
“Report”un RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Səhiyyə Nazirliyi bildirib.
Qeyd edilir ki, ölkədə koronavirusdan ölənlərin sayı 2 741 nəfərə çatıb.
Son məlumatlara görə, ölkədə koronavirusa bir günlük yoluxma 2 498 təşkil edib. Koronavirusa ümumilikdə 43 079 yoluxma təsdiqlənib, ölüm 6,4%-dir. Pandemiyadan ən San-Paulo və Rio-de-Janeyro ştatları zərər çəkib.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.