Braziliyada COVID-19-a yoluxanların sayı 162 mini keçib

Digər ölkələr
  • 10 may, 2020
  • 22:33
Braziliyada COVID-19-a yoluxanların sayı 162 mini keçib

Braziliyada koronavirusa yoluxanların sayı kəskin artıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, son sutka ərzində 6 760 nəfərin koronavirus testi müsbət nəticələnib. Bununla da ölkədə COVID-19-a yoluxan şəxslərin sayı 162 699 nəfərə çatıb.

Bundan başqa, koronavirusun yaratdığı xəstəlikdən müalicə alan 11 123 nəfər ( son 24 sat ərzində 496 nəfər) dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.