Braziliya Prezidenti Luis İnasio Lula da Silva dekabrın 10-da xəstəxanaya yerləşdirildikdən və beyin qanamasının qarşısını almaq üçün iki əməliyyat keçirdikdən sonra Sao Paulodakı xəstəxanadan buraxılıb.
“Report” xəbər verir ki, bu barədə “G1” portalı məlumatyayıb.
Həkim Ana Elena Jermolyo bildirib ki, 79 yaşlı dövlət başçısı öz vəzifəsinə qayıda bilər.
Həkimlər qeyd edib ki, Luis İnasio Lula da Silva növbəti 15 gün ərzində fiziki fəaliyyətdən çəkinməlidir, lakin o, artıq Braziliya administrasiyasının rəhbəri kimi işə qayıda bilər.
Bununla belə, onun xaricə getməsi hələ də qadağandır.
Qeyd edək ki, Braziliya Prezidenti Luis İnasio Lula da Silva baş ağrısı səbəbindən müayinə üçün xəstəxanaya yerləşdirilib. MRT müayinəsi zamanı oktyabrın 19-da baş vermiş bədbəxt hadisə nəticəsində kəllədaxili qansızma aşkarlanıb.
Bundan sonra o, xəstəxananın paytaxt filialından San-Pauluya köçürülüb və hematomaya drenaj qoymaq üçün kəllə sümüyünün trepanasiyası həyata keçirilib. Əməliyyat uğurla başa çatıb.