Braziliya BAEA Baş direktoru ilə nüvə sualtı donanmasının yaradılmasını müzakirə edib

Braziliya BAEA Baş direktoru ilə nüvə sualtı donanmasının yaradılmasını müzakirə edib Braziliya Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş direktoru Rafael Qrossi ilə bir hissəsi nüvə sualtı qayıqlarından ibarət olacaq sualtı donanmanın yaradılması ilə bağlı danışıqlar aparıb.
Digər ölkələr
21 İyun , 2024 22:11
Braziliya BAEA Baş direktoru ilə nüvə sualtı donanmasının yaradılmasını müzakirə edib

Braziliya Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş direktoru Rafael Qrossi ilə bir hissəsi nüvə sualtı qayıqlarından ibarət olacaq sualtı donanmanın yaradılması ilə bağlı danışıqlar aparıb.

“Report” xəbər verir ki, bu barədə Cənubi Amerika ölkəsinin hökuməti özünün yutub kanalında məlumat verib.

BAEA Baş direktoru Rafael Qrossi nüvə proqramının həyata keçirilməsi ilə bağlı Braziliya rəhbərliyi ilə danışıqlar aparmaq üçün Rio de Janeyroda səfərdədir. O qeyd edib ki, proqramı işə salmaq üçün Braziliya nüvə enerjisindən istifadəni tənzimləyən beynəlxalq qaydalara əməl etməlidir.

Braziliya Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Markus Sampayo Olsenin sözlərinə görə, nüvə donanmasının inkişafı təkcə müdafiə proqramı yox, həm də elmi-texniki inkişaf proqramı olacaq.

“Proqramda akademik və biznes sektorundan bir neçə universitet iştirak edir. Layihə çərçivəsində 60 min iş yeri yaradılacaq”, - admiral vurğulayıb.

Braziliya ölkənin cənub-şərqindəki Rio de Janeyro ştatında admiral Alvaru Albertu adına ölkənin yeganə atom elektrik stansiyasında üçüncü enerji blokunu tikir, həmçinin Braziliya Hərbi Dəniz Qüvvələrini sualtı qayıqlarla təchiz etmək proqramı da gündəmdədir. Proqram beş sualtı qayığın – dörd adi və bir nüvə qayığının hazırlanmasını nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi