Britaniyanın Baş naziri postuna namizəd Trass nüfuzunu itirib

Britaniyanın Baş naziri postuna namizəd Trass nüfuzunu itirib Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri, krallığın baş nazirliyinə namizəd Liz Tras Mühafizəkarlar Partiyasının tərəfdarlarının etimadını kəskin şəkildə itirib.
Digər ölkələr
4 Sentyabr , 2022 11:02
Britaniyanın Baş naziri postuna namizəd Trass nüfuzunu itirib

Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri, krallığın baş nazirliyinə namizəd Liz Trass Mühafizəkarlar Partiyasının tərəfdarlarının etimadını kəskin şəkildə itirib.

"Report"un məlumatına görə, bu barədə "The Guardian" yazır.

Nəşrin məlumatına görə, siyasətçinin populyarlığı ölkənin Nazirlər Kabinetinin növbəti rəhbəri olacaq partiyanın yeni liderinin seçilməsi ilə bağlı səsvermənin nəticələrinin açıqlanmasından əvvəl xeyli aşağı düşüb.

“Opinium”un sorğusuna əsasən, Mühafizəkarlar Partiyası tərəfdarlarının yalnız 31 %-i Trassı gələcək Baş nazir kimi görür, avqustun əvvəlində bu rəqəm 49 %-dən çox olub. Bundan əlavə, respondentlərin yalnız 35 %-i onu kifayət qədər bacarıqlı hesab edir ki, bu da əvvəlki tədqiqatdan 20 % azdır. Üstəlik, ümumilikdə mühafizəkarların yalnız 31 %-i Trassa müsbət münasibət bəsləyir - bu avqustun əvvəli ilə müqayisədə 14 % azdır.

Eyni zamanda, onun baş nazirlik yarışında əsas rəqibi, Böyük Britaniya xəzinəsinin keçmiş kansleri Rişi Sunak da Mühafizəkarlar Partiyasında o qədər də populyar deyil - mühafizəkar tərəfdarların yalnız 35 %-i siyasətçini gələcək baş nazir adlandırır.

Son xəbərlər

Orphus sistemi