Britaniya Folklend adalarından imtina etməyəcək

Britaniya Folklend adalarından imtina etməyəcək Böyük Britaniyanın hökuməti Çaqos arxipelaqının Mavrikiyə verilməsi fonunda Folklend adaları üzərində suverenliyindən imtina etmək planları yoxdur.
Digər ölkələr
3 Oktyabr , 2024 22:53
Britaniya Folklend adalarından imtina etməyəcək

Böyük Britaniyanın hökuməti Çaqos arxipelaqının Mavrikiyə verilməsi fonunda Folklend adaları üzərində suverenliyindən imtina etmək planları yoxdur.

“Report” xəbər verir ki, bu barədə Folklend adalarının qubernatoru Elison Bleykin bəyanatında deyilir.

“Başa düşürəm ki, Folklend adaları sakinlərində Folklend adalarına münasibətdə oxşar hərəkətlərin mümkünlüyü ilə bağlı narahatlıqlar yarana bilər. Mən əmin etmək istərdim ki, Çaqos arxipelaqı və Folklend adalarının [birləşdirilməsinin] hüquqi və tarixi kontekstləri çox fərqlidir”, – məlumatda qeyd olunub.

“Britaniya nazirləri [Çaqos arxipelaqının Mavrikiyə qaytarılması ilə bağlı danışıqlar] prosesi boyunca aydın şəkildə bildiriblər ki, Böyük Britaniya digər dənizaşırı ərazilərin suverenliyini təhlükə altına ala biləcək heç bir şeyə razı olmayacaq. Böyük Britaniya hökuməti Folklend adaları sakinlərinin öz müqəddəratını təyin etmək hüququnu qorumağa sadiq qalır”, – Bleyk vurğulayıb.

Əvvəllər Britaniyanın Çaqos arxipelaqını Mavrikinin suverenliyi altına qaytarmaq barədə razılıq əldə etdiyi bildirilmişdi.

Atlantik okeanının cənub-qərb hissəsində yerləşən Folklend (Malvin) adaları təxminən iki əsrdir ki, Argentina və Böyük Britaniya arasında ərazi mübahisəsi predmetidir. 2013-cü ilin mart ayında arxipelaq sakinlərinin əksəriyyəti referendumda ərazinin Birləşmiş Krallığın mülkiyyətində qalmasına səs verib. Argentina referendumun nəticələrini tanımayıb.

Son xəbərlər

Orphus sistemi