Bolqarıstanın keçmiş baş naziri saxlanılıb

Bolqarıstanın keçmiş baş naziri saxlanılıb Bolqarıstanın keçmiş baş naziri Boyko Borisov saxlanılıb.
Digər ölkələr
18 Mart , 2022 00:34
Bolqarıstanın keçmiş baş naziri saxlanılıb
Boyko Borisov

Bolqarıstanın keçmiş baş naziri Boyko Borisov saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə "bTV" kanalı məlumat yayıb.

Onunla birgə keçmiş maliyyə naziri Vladislav Qoranov və bir sıra digər siyasətçilər də Avropa fondlarından sui-istifadə etdiklərinə görə istintaqa cəlb edilib. Xüsusi xidmət orqanlarının nümayəndələri onların evlərində axtarış aparır. Qeyd edilir ki, həbslər davam edir.

Bir gün əvvəl prokurorluq bəyan edib ki, Bolqarıstanda Avropa fondlarından sui-istifadə halları ilə bağlı 120-dən çox məlumat daxil olub. Əsas şikayətlər Avropa fondlarından dövlət sifarişi, kənd təsərrüfatının inkişafına subsidiyalar, koronavirus pandemiyasından sonra tikinti və yenidənqurma işlərinə ayrılan vəsaitlərlə bağlı sui-istifadəsi faktları olub.

Son xəbərlər

Orphus sistemi