Boliviya polisi prezidentin sabiq əvəzləyicisi Janin Anyesi çarpayının altında tapdı

Boliviya polisi prezidentin sabiq əvəzləyicisi Janin Anyesi çarpayının altında tapdı Boliviya polisi ölkə prezidentinin sabiq əvəzləyicisi Janin Anyesi yaxalamağa gələndə onu çarpayının altında aşkarlayıb
Digər ölkələr
14 Mart , 2021 01:27
Boliviya polisi prezidentin sabiq əvəzləyicisi Janin Anyesi çarpayının altında tapdı
Janin Anyes

Boliviya polisi ölkə prezidentinin sabiq əvəzləyicisi Janin Anyesi yaxalamağa gələndə onu çarpayının altında aşkarlayıb.

“Report” xəbər verir ki, bu barədə El Deber” qəzeti bildirib.

Qəzetin informasiyasına görə, Anyes Benya departamentinin Trinidad şəhərindəki qohumlarının evində imiş. Hüquq-mühafizə orqanlarının əməkdaşları axtarış zamanı onu çarpayının altında yerləşən yeşikdə tapıblar.

Anyes dövlət çevrilişi haqqında təhqiqat işinin araşdırılması çərçivəsində saxlanılıb. O, ifadə vermək üçün La-Pasa aparılıb.

Anyesdən başqa keçmiş ədliyyə naziri Alvaro Koimbra, sabiq energetika naziri Rodriqo Qusman da saxlanılıblar. Prokurorluq həmçinin Anyes hökumətinin üç üzvünün, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin sabiq komandanlarının həbsinə order verib.

Sabiq məmurlara və hərbçilərə qarşı terrorçuluq, qiyama və sui-qəsdə təhrikçilik ittihamları irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi