Bakı. 7 aprel. REPORT.AZ/ Boliviya prezindenti Evo Morales bəyan edib ki, 19 əsrdə yaşanan silahlı münaqişə nəticəsində Sakit okeana çıxışı itirən ölkəsi bununla barışmayacaq və öz əzəli torpaqlarını Çilidən geri tələb edəcək.
"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu həftə Panamada keçiriləcək Amerika Sammitində mövzunu bir daha gündəmə gətirəcəyini deyən E.Morales, 2014-cü ildə şəxsən Haaqaya səfər edərək qonşu Çili dövlətini məhkəməyə verdiyini xatırladıb.
Qeyd edək ki, söhbət silahlı münaqişə nəticəsində Boliviyanın Sakit okeana çıxışını təmin edən Antofaqasta rayonun itirilməsindən gedir. İndi Boliviya beynəlxalq məhkəmə vasitəsi ilə Sakit okeana çıxışını təmin etmək istəyir.
Boliviya prezidentinin təqdim etdiyi sənədlərin tərkibi konfidensial xarakter daşıyır.