BMT-nin 40 ölkəsi Yəməndə saxlanılan təşkilat əməkdaşlarının azad olunması üçün çağırış edib 

BMT-nin 40 ölkəsi Yəməndə saxlanılan təşkilat əməkdaşlarının azad olunması üçün çağırış edib  BMT-yə üzv olan 40 ölkə Yəmənin şimalında husilər tərəfindən saxlanılan təşkilat əməkdaşlarını azad etməyə çağırıb.
Digər ölkələr
13 İyun , 2024 21:01
BMT-nin 40 ölkəsi Yəməndə saxlanılan təşkilat əməkdaşlarının azad olunması üçün çağırış edib 

BMT-yə üzv olan 40 ölkə Yəmənin şimalında husilər tərəfindən saxlanılan təşkilat əməkdaşlarını azad etməyə çağırıb.

"Report"un ABŞ bürosu xəbər verir ki, bununla bağlı Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord BMT Nyu-Yorkdakı mənzil qərargahında ölkələr adından bəyanatla çıxış edib.

Diplomat təşkilat əməkdaşlarının saxlanılmasını şiddətlə qınadıqlarını və üzv ölkələrin saxlanılanların dərhal və qeyd-şərtsiz azad olunmasını tələb etdiyini deyib.

Xatırladaq ki, iyunun 8-də Yəmənin paytaxtı Səna və ölkənin şimalının böyük bir hissəsinə nəzarət edən husilər beynəlxalq təşkilatların əməkdaşlarının evlərinə və ofislərinə basqın edib, onların telefon və kompüterlərini ələ keçiriblər. Məlumata görə, saxlanılan 15 əməkdaş BMT-nin İnsan Hüquqları və Humanitar Məsələlər İdarəsində çalışırlar.

Son xəbərlər

Orphus sistemi