BMT TŞ israilli nazirin Məbəd dağına səfərini müzakirə etmək üçün iclas keçirib

BMT TŞ israilli nazirin Məbəd dağına səfərini müzakirə etmək üçün iclas keçirib BMT Təhlükəsizlik Şurası İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvirin bu həftənin əvvəlində Məbəd dağına səfərini müzakirə etmək üçün fövqəladə iclas keçirib.
Digər ölkələr
6 Yanvar , 2023 01:49
BMT TŞ israilli nazirin Məbəd dağına səfərini müzakirə etmək üçün iclas keçirib

BMT Təhlükəsizlik Şurası İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvirin bu həftənin əvvəlində Məbəd dağına səfərini müzakirə etmək üçün fövqəladə iclas keçirib.

“Report”un yerli bürosu xəbər verir ki, iclasdan öncə İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan jurnalistlərə açıqlamasında BMT TŞ-nin belə bir məsələ üçün fövqəladə iclas çağırmasını “absurd” adlandırıb.

Səfir İsrailin Milli Təhlükəsizlik nazirinin Məbəd dağını ziyarətinin hər bir İsrail vətəndaşı kimi haqqı olduğunu bildirib: “Mən şokdayam. Dünyada saysız-hesabsız nümaqişələr yaşandığı bir vaxtda BMT TŞ-nin İsrailin milli təhlükəsizlik naziri ziyarətini müzakirə üçün fövqəladə iclas keçirilməsi olduqca absurddur. Nazir Qvirin 30 dəqiqə ərzində Məbəd dağını heç bir diqqəti yayındırmadan, dinc bir şəkildə ziyarət edib. Kimliyindən və statusundan asılı olmayaraq hər bir israilli bu məbədi ziyarət etmə haqqında sahibdir. Bu ziyarəti təxribat adlandıraraq BMT TŞ-ni toplamaq nə dərəcədə düzgündür. Bu gün Avropada davam edən münaqişələr, İranda molla rejiminin insanları öldürdüyü bir vaxtda BMT TŞ-nin bu fövqəladə iclası keçirməsi olduqca təəssüf doğurur”.

G.Erdan əlavə edib ki, BMT TŞ-ni fövqəladə iclasında üzv ölkərin nümayəndələrinə Məbəd dağı ilə bağlı həqiqətləri söyləmək üçün istifadə edəcək: “Mən əminəm ki, çoxları Məbəd dağının tarixi və statusu haqqında məlumatsızdır. Düşünürəm ki, elə bu iclas onları məlumatlandırmaq üçün mənə yaxşı bir şans verəcək”.

Son xəbərlər

Orphus sistemi