BMT: Qvineya, Liberiya və Syerra-Leonedə Ebolaya yoluxma hallarının sayı sürətlə azalır

Digər ölkələr
  • 03 iyun, 2015
  • 17:42
BMT: Qvineya, Liberiya və Syerra-Leonedə Ebolaya yoluxma hallarının sayı sürətlə azalır

Bakı. 3 İyun. REPORT.AZ/ BMT Baş Məclisinin Qərbi Afrikada Ebolaya reaksiya verilməsi sahəsində təşkilatın fəaliyyətinin icmalına həsr olunmuş qeyri-rəsmi iclası keçirilib. "Report" xəbər verir ki, iclasda BMT Baş Məclisi nümayəndələrinin müzakirəsinə məruzə təqdim olunub.

Məruzədə bildirilir ki, son vaxtlar Qvineya, Liberiya və Syerra-Leonedə Ebolaya yoluxma hallarının sayı sürətlə azalır. Mart ayında həftə ərzində orta hesabla 110 yeni yoluxma hadisəsi qeydə alınmışdısa, aprelin sonunda bu göstərici təqribən 10-na enib. Aprel ayında Liberiyada bu xəstəliyə yoluxma halı qeydə alınmayıb.

Məruzədə, həmçinin qeyd edilir ki, 2015-ci ilin may ayına olan məlumata görə, təqribən 26 700 təsdiq edilmiş, ehtimal olunan və güman edilən Ebolaya tutulma halı qeydə alınıb. 11 mindən çox xəstəliyə yoluxma hadisəsi ölümlə nəticələnib.