BMT nümayəndəliyi Azərbaycanı Torpaq çərşənbəsi münasibətilə təbrik edib
- 17 mart, 2026
- 09:37
Birləşmiş Millət Təşkilatının (BMT) nümayəndəliyi Azərbaycanı İlaxır çərşənbəsi (Torpaq çərşənbəsi) münasibətilə təbrik edib.
"Report" xəbər verir ki, bu barədə diplomatik missiyanın "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"Azərbaycanı Novruz bayramından əvvəlki son çərşənbə olan, yerin oyanışını və baharın gəlişi ilə həyatın yenilənməsini simvolizə edən Torpaq çərşənbəsi münasibətilə təbrik edirik. BMT-nin Azərbaycandakı nümayəndəliyi hər kəsə bolluq, ümid və firavanlıq arzulayır", - məlumatda qeyd olunub.
Happy Torpaq Charshanba (Earth Tuesday)! 🌱
— UN in Azerbaijan (@UNinAzerbaijan) March 17, 2026
The final Tuesday before Novruz, Torpaq Charshanba symbolizes the awakening of the earth and the renewal of life with the arrival of spring.
The UN in Azerbaijan wishes everyone abundance, hope, and prosperity. 🌿✨#TorpaqÇərşənbəsi… pic.twitter.com/UbaOxPjl1U