BMT Baş katibi İranda törədilən terror aktını pisləyib
Digər ölkələr
- 03 yanvar, 2024
- 18:32
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
BMT-nin Baş katibi Antoniu Quterreş İranın Kirman əyalətində qəbiristanlıq yaxınlığında törədilən terror aktını pisləyib.
“Report” xəbər verir ki, bu barədə BMT-nin mətbuat katibi Florensiya Soto Nino brifinqdə bildirib.
Baş katib Antoniu Quterreş günahkarların tezliklə məsuliyyətə cəlb olunmasını istəyib.
Qeyd edək ki, İranın İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) generalı Qasim Süleymaninin dəfn olunduğu qəbiristanlığa gedən yolda iki ayrı-ayrı məkanda partlayış törədilib. Partlayışlar nəticəsində ölənlərin sayı 103 nəfərə, yaralıların sayı 211-ə çatıb. Terror aktı ilə əlaqədar sabah ölkədə matəm elan edilib.
Son xəbərlər
00:58
Azərbaycan və Surinam ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Xarici siyasət
00:30
Foto
Video
ABŞ-də təyyarə mobil evlər parkına çırpılıb, ölənlər və yaralılar var
Digər ölkələr
00:17
Rəsmi Tehran: ABŞ ilə mümkün yeni müharibə əvvəlkindən daha uzun çəkə bilər
Region
23:53
Tədqiqat: Pəhriz və fiziki məşqlər gənclərdə 2-ci tip diabetin remissiyasına kömək edib
Sağlamlıq
23:36
Spiegel: Almaniya Müdafiə Nazirliyi yeni helikopterlərlə bağlı problemlə üzləşib
Digər ölkələr
23:18
Makqreqor karyerasını başa vurur
Fərdi
23:02
Ermənipərəst senator Kris Mörfi insult keçirərək xəstəxanaya yerləşdirilib
Digər ölkələr
22:52
"Arsenal" səfərdə "Liverpul"a qalib gələrək Premyer Liqanın liderliyinə yüksəlib
Futbol
22:40
Bolqarıstanda prezident seçkilərinin ikinci turunda səsvermə başa çatıb - Yenilənib
Digər ölkələr