BMT Baş Assambleyasında sədrlik Türkiyəyə keçir

BMT Baş Assambleyasında sədrlik Türkiyəyə keçir BMT Baş Assambleyasının (BA) 75-ci sessiyasınını sədri Volkan Bozkır sentyabrın 15-də vəzifələrinin icrasına başlayacaq
Digər ölkələr
15 Sentyabr , 2020 14:23
BMT Baş Assambleyasında sədrlik Türkiyəyə keçir
0 : 00
0 : 00

BMT Baş Assambleyasının (BA) 75-ci sessiyasınını sədri Volkan Bozkır sentyabrın 15-də vəzifələrinin icrasına başlayacaq.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, 194 ölkənin təmsil olunduğu BMT Baş Assambleyasına sədrliyin Türkiyəyə ötürülməsi mərasimi təşkilatın Nyu Yorkdakı mənzil-qərargahında keçiriləcək.

Volkan Bozkıra sədrlik BMT Baş Assambleyasının 74-cü sessiyasının sədri Muhəmməd-Banda Ticanidən keçəcək.

Daha əvvəl 178 ölkənin nümayəndəsi BA-nın 75-ci sessiyasının sədri olaraq Türkiyə təmsilçisinin namizədliyini dəstəkləyərək ona səs verib.

Türkiyənin BMT-dəki belə yüksək postdakı ilk təmsilçisinin mandatı 2021-ci ilin sentyabrında başa çatacaq.

Qeyd edək ki, hər il sentyabrda təşkilata üzv dövlətlərin nümayəndələri Baş Assambleyada iştirak etmək üçün Nyu Yorka toplaşırlar. Amma 75-ci sessiya əvvəlkilərdən fərqli olacaq. Koronavirus pandemiyası səbəbindən BA-nın 75-ci sessiyası sentyabrın 22-də videokonfrans rejimində açılacaq.

1945-ci ildə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə əsasən, yaradılan Baş Assambleya BMT-nin əsas müzakirə, direktiv və nümayəndəli orqanıdır.

Son xəbərlər

Orphus sistemi