BMT Baş Assambleyası Ukrayna ilə bağlı qətnamə qəbul edib

BMT Baş Assambleyası Ukrayna ilə bağlı qətnamə qəbul edib BMT Baş Assambleyası xüsusi sessiya çərçivəsində Fransa və Meksikanın Ukraynadakı humanitar vəziyyətlə bağlı hazırladığı qətnaməni qəbul edib.
Digər ölkələr
24 Mart , 2022 19:46
BMT Baş Assambleyası Ukrayna ilə bağlı qətnamə qəbul edib

BMT Baş Assambleyası Ukraynadakı humanitar vəziyyətlə bağlı Rusiya əleyhinə qətnamə qəbul edib.

"Report" bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qətnamənin müəllifləri ABŞ, Ukrayna, Böyük Britaniya, Gürcüstan, Almaniya, Litva, Latviya da daxil olmaqla bir sıra ölkələrdir.

Məlumata görə, 140 nümayəndə heyəti sənədin lehinə, 5-i əleyhinə (Belarus, Eritreya, Şimali Koreya, Rusiya və Suriya) səs verib, 38-i isə bitərəf qalıb.

Qətnamə Rusiya tərəfindən Ukraynaya qarşı apardığı müharibənin dərhal dayandırılmasını tələb edir. Sənəd müəllifləri iddia edirlər ki, Rusiyanın Ukrayna ərazisinə hərbi hücumu və onun humanitar nəticələri beynəlxalq ictimaiyyətin onilliklər ərzində Avropada görmədiyi ölçülərə çatır.

Qətnaməyə əsasən, BMT Baş Assambleyası Ukrayna şəhərlərinin, xüsusən də Mariupolun blokadaya alınmasının humanitar vəziyyəti daha da gərginləşdirdiyini vurğulayır. Müəlliflər şəhərlərin blokadasına son qoyulmasını tələb edirlər.

Baş Assambleya tərəflərdən humanitar yardımın təhlükəsiz girişini tələb edir, humanitar hüququn pozulmasını pisləyir və onun həyata keçirilməsinə çağırır.

Son xəbərlər

Orphus sistemi