BMT: Avropaya yarım milyondan çox miqrant pənah gətirib

BMT: Avropaya yarım milyondan çox miqrant pənah gətirib 515 min insan müharibə və yoxsulluq səbəbi ilə Yaxın Şərq və Afrika ölkələrini tərk edib
Digər ölkələr
29 Sentyabr , 2015 23:23
BMT: Avropaya yarım milyondan çox miqrant pənah gətirib

Bakı. 29 sentyabr. REPORT.AZ/ Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının məlumata görə, cari il ərzində Aralıq dənizi vasitəsilə Avropaya gələn mühacirlərin sayı yarım milyondan artıq olub.

“Report”un Amerikanın Səsinə istinadən verdiyi xəbərə görə, BMT rəsmiləri bildirib ki, sığınacaq axtaran təxminən 515 min insan müharibə və yoxsulluq səbəbi ilə Yaxın Şərq və Afrika ölkələrini tərk edib. Onların 383 mini Yunanıstanın sahillərinə, 129 mini isə İtaliyaya yetişib. Qaçqın agentliyi bildirib ki, 3 min nəfər həddindən artıq dolu qayıqlarda Avropaya yolda ya dənizdə boğulub, ya da itkin düşüb.

Avropaya üz tutan insanların yarıdan çoxu dörd ildən artıqdır prezident Bəşad Əsədi hakimiyyətdən salmaq üçün döyüşən üsyançılar və hökumət qüvvələri arasında gedən müharibədən qaçmaq istəyən Suruya qaçqınlarıdır.

Mühacir axını məsələsi ilə bağlı Avropa ölkələrində fikir ayrılığı mövcuddur. Avropanın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkəsi olan Almaniya və bəzi şimali Avropa ölkələri qaçqınları qəbul etməyə hazır olduğu halda, mərkəzi Avropanın bəzi ölkələri miqrantların öz ərazilərindən keçməsi qarşısında maneə yaradır.

Son xəbərlər

Orphus sistemi