BMT: “Antoniu Quterreş Ukraynadakı münaqişə ilə bağlı vasitəçilik etməyə hazırdır”

Digər ölkələr
  • 27 dekabr, 2022
  • 01:22
BMT: “Antoniu Quterreş Ukraynadakı münaqişə ilə bağlı vasitəçilik etməyə hazırdır”
Antonio Quterreş

“BMT Baş katibi Antoniu Quterreş Ukraynadakı münaqişə ilə bağlı yalnız bütün tərəflərin razılığı ilə vasitəçilik etməyə hazırdır”.

“Report” xəbər verir ki, bunu TASS-a BMT-nin Baş katibin ofisindən bildiriblər.

Xatırladaq ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Kiyev gələn il fevralın sonuna qədər BMT-də Baş katib Antoniu Quterreşin vasitəçi qismində iştirak edə biləcəyi “sülh sammiti” keçirilməsinə təşəbbüs göstərib.

44 filmi